📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Əsir Hüseyn Axundovun anası CANLI EFİRDƏ: “Halallıq istəyirdi” – VİDEO

2023-12-08 16:38:28

Əsir Hüseyn Axundovun anası CANLI EFİRDƏ: “Halallıq istəyirdi”  – VİDEO

Azərbaycan və Ermənistan arasında hərbi qulluqçuların qarşılıqlı surətdə azad edilməsi barədə razılığa əsasən hərbçilər – Aqşin Bəbirov və Hüseyn Axundov azad ediləcək.

Hurriyyet.az xəbər verir ki, Hüseyn Axundovun anası Şəlalə Axundova ATV-nin “Xəbərin olsun” proqramının efirində canlı bağlantıya qoşulub.

O, oğlunun məktublarında halallıq istəməsini bildirib:

“Noyabrın 23-ü danışmış, 27-si isə məktubunu almışdıq. Bəlkə də bu xəbər onun özü üçün də sürpriz olub. Çünki Hüseyn məktubunda hamıdan halallıq istəyir, biz də qorxurduq. Ömürlük həbs cəzası veriləndə fikirləşdik ki, yəqin bunu bilib, halallıq istəyib”.

Şəlalə xanımın bu açıqlamasından sonra verilişin aparıcısı Kübra Məhərrəmova göz yaşlarını saxlaya bilməyib.