📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Əsmər Əliyeva vəzifəsindən azad edildi

2026-06-08 19:59:02

 Əsmər Əliyeva vəzifəsindən azad edildi

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və Çağrı Mərkəzi üzrə baş mütəxəssisi Əsmər Əliyeva vəzifəsindən azad olunub.

Hurriyyet.info nocomment.az-a istinadən xəbər verir ki, Əsmər Əliyeva dövlət qurumlarında 5 ildən artıq iş təcrübəsinə malik olub.

O, fəaliyyət göstərdiyi müddətdə vətəndaş müraciətlərinin idarə olunması, ictimaiyyətlə əlaqələrin təşkili və sənəd dövriyyəsi sahələrində çalışıb.

Onun vəzifədən azad edilməsinin səbəbi ilə bağlı rəsmi açıqlama verilməyib.