📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Evin damından yıxılan usta faciəvi şəkildə öldü

2026-06-08 17:25:27

Evin damından yıxılan usta faciəvi şəkildə öldü

Şirvanda bədbəxt hadisə nəticəsində bir nəfər ölüb.

Modern.az-ın məlumatına görə, hadisə şəhər ərazisində yerləşən fərdi yaşayış evlərindən birində qeydə alınıb.

Belə ki, evin dam örtüyündə təmir işləri aparan şəhər sakini, 1998-ci il təvəllüdlü Rəvan Rəsulov hündürlükdən yıxılaraq ağır xəsarətlər alıb. Yaralı təcili tibbi yardım vasitəsilə xəstəxanaya aparılsa da, yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.