📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Evlənmək istəyənlər üçün xüsusi mərkəz yaradıldı

2023-05-17 23:22:00

Evlənmək istəyənlər üçün xüsusi mərkəz yaradıldı

İranda ailə həyatı qurmağı asanlaşdırmaq üçün 15 əyalətin 33 nöqtəsində "həyat yoldaşı tapmaq mərkəzləri" yaradılıb.

Hurriyyet.az xəbər verir ki, bu barədə İranın Gənclər və İdman İdarəsinin səlahiyyətli şəxsləri məlumat yayıblar.

Bildirilib ki, məqsəd evlənmək istəyən vətəndaşlara yardım etməkdir. Evləndirmə mərkəzləri məscid və mədəniyyət mərkəzlərində yerləşir və hələ ki pulsuz fəaliyyət göstərəcək.

Qeyd edək ki, özünü İslam ölkəsi adlandıran İranda "həyat yoldaşı tapmaq mərkəzləri"nin yaradılması birmənalı qarşılanmayıb. \\Gundem.Az