📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Facebook”da problem yarandı: İstifadəçilər hesablarına daxil ola bilmirlər

2026-07-19 15:31:25

“Facebook”da problem yarandı: İstifadəçilər hesablarına daxil ola bilmirlər

“Facebook” sosial şəbəkəsində texniki problem yaranıb.

İstifadəçilərin bildirdiyinə görə, onlar hesablarına daxil ola bilmirlər. Ekrana "Hesab müvəqqəti olaraq əlçatmazdır. Saytda yaranan texniki problem səbəbindən hesabınız hazırda aktiv deyil. Bu problemin qısa müddətdə həll olunacağını gözləyirik. Zəhmət olmasa, bir neçə dəqiqə sonra yenidən yoxlayın”, -bildirişi gəlir.

Məlumata görə, bu xəbərdarlıq istifadəçilərin hesablarının bağlanması və ya oğurlanması anlamına gəlmir. Söhbət “Facebook”un serverlərində və ya sistemində yaranmış müvəqqəti texniki nasazlıqdan gedir.

Mütəxəssislər istifadəçilərə 10-15 dəqiqə gözlədikdən sonra səhifəni yenidən yükləməyi tövsiyə edirlər. Problem davam edərsə, brauzerin keş yaddaşını təmizləmək, başqa brauzerdən və ya mobil tətbiq vasitəsilə hesaba daxil olmağa cəhd etmək məsləhət görülür.

Qeyd edək ki, “Facebook” nasazlıqla bağlı hələlik rəsmi açıqlama verməyib. Problemin qlobal xarakter daşıyıb-daşımadığı və nə vaxt tam aradan qaldırılacağı isə hələ məlum deyil.