Faktiki hava açıqlandı - Külək, yağış...
2023-10-19 20:44:06
Oktyabrın 19-u saat 17:00-a olan hava proqnozuna əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib.
Bu barədə Hurriyyet.Az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Naxçıvan Muxtar Respublikası, Qazax, Gəncə, Mərkəzi Aran və Balakən, Şəki bölgələrində arabir yağış yağıb.
Şimal-qərb küləyi bəzi rayonlarda, Bakıda və Abşeron yarımadasında 18 m/san-dək güclənib.