📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Fatimə psixoloji durumundan danışdı: Mənə həkim lazımdır

2026-07-06 20:02:56

Fatimə psixoloji durumundan danışdı: Mənə həkim lazımdır

Fatimə Fətəliyeva səhhətində yaranan problemdən danışıb.

Hurriyyet.info xəbər verir ki, o, "İncə səhər" verilişində son vaxtlar özünü psixoloji baxımdan yaxşı hiss etmədiyini bildirib.

O, həkim yardımına ehtiyacı olduğunu deyib: "Daxili ruhum yerində deyil. Mənə nevropatoloq lazımdır. Mənə həkim lazımdır. Gərgin vəziyyətdəyəm".

Gərginliyin əsas səbəbinin anasının səhhəti ilə bağlı narahatlıq olduğunu qeyd edib. Onun sözlərinə görə, anasının uzun müddətdir davam edən sağlamlıq problemləri bu vəziyyətə təsir göstərib.

Xatırladaq ki, Fatimə Fətəliyeva daha əvvəl anasının yaddaşını tədricən itirdiyini açıqlamışdı./Bakıvaxtı.az /