📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Faydalı işlərlə məşğulam” – 74 yaşlı Eldəniz Rəsulov

2026-07-17 19:27:00

“Faydalı işlərlə məşğulam” – 74 yaşlı Eldəniz Rəsulov

"Pensiyaya çıxmışam, faydalı işlərlə məşğulam".

Bunu Musavat.com-a açıqlamasında Azərbaycanın kino və dublyaj aktyoru, 74 yaşlı Əməkdar artist Eldəniz Rəsulov deyib.

O bildirib ki, hazırda heç bir yerdə işləmir:

"Dublyajdan uzaqlaşmışam. Daha doğrusu, özləri uzaqlaşdırdılar. Mən də çıxıb evdə oturdum. İndi pensiyaçı kimi televizora baxıram, çalışıram ki, günüm faydalı keçsin".

Qeyd edək ki, Eldəniz Rəsulov Qeybulla oğlu 30 aprel 1952-ci ildə Qaxda anadan olub. 1974-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kinoaktyorluğu şöbəsini bitirib. "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında çalışıb. 1971-ci ildən bədii filmlərə çəkilib: "Sevinc buxtası" (Seyidov), "Babək" (Azin), "Anlamaq istəyirəm" (Zeynal), "Nizami" (Maxan, Bəşir), "Gümüşgöl əfsanəsi" (Fərid), "Şeytan göz qabağında" (Zeynal), "Ovsunçu" (kəndxuda) və s.

Azərbaycan Televiziyası və Lider TV-də çoxseriyalı bədii televiziya və sənədli filmlərin dublyajı prosesində fəal iştirak edib. Dramaturq Qeybulla Rəsulovun oğludur. 2008-ci ildə "Azərbaycan Respublikasının Əməkdar artisti" fəxri adına layiq görülüb. Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvüdür.

gümüşgöl.jpg (49 KB)