Fazil Mustafa ikinci dəfə əməliyyat olundu
2023-03-29 11:00:00
Ötən gün yaşadığı evin qarşısında güllə yarası alan Milli Məclisin deputatı Fazil Mustafa müalicə aldığı tibb müəssisəsində ikinci dəfə əməliyyat olunub.
Hurriyyet.az xəbər verir ki, bu fikirləri Report-a açıqlamasında deputatın köməkçisi Əjdər Əliyev məlumat verib.
O bildirib ki, Fazil Mustafanın çiynindən aldığı yara ciddi olduğundan ikinci əməliyyat lazım olub:
“Hazırda onun səhhəti qaydasındadır”.