📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Fazil Mustafanın son durumu necədir? - Həyat yoldaşı açıqladı

2023-03-30 09:36:00

Fazil Mustafanın son durumu necədir? - Həyat yoldaşı açıqladı

Milli Məclisin deputatı Fazil Mustafanın vəziyyəti stabildir. 

Hurriyyet.az xəbər verir ki, bu barədə modern.az-a deputatın həyat yoldaşı Zülfiyyə Mustafayeva məlumat verib.

“Hazırda onun vəziyyəti stabildir. Xəstəxanadan evə nə vaxt buraxılacağı barədə bizə dəqiq məlumat verilməyib", - deyə deputatın xanımı bildirib. 

Qeyd edək ki, martın 28-də Milli Məclisin deputatı Fazil Mustafaya qarşı terror aktı törədilib. Yaşadığı evin qarşısında sui-qəsdə məruz qalan deputat çiyin və ayağından yaralanıb. O, dərhal xəstəxanaya çatdırılaraq, əməliyyat olunub. 

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.