📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Finlandiya və Almaniya Rusiya səfirlərini çağırdı: Kibertəcavüz ittihamları

2026-07-13 21:17:06

Finlandiya və Almaniya Rusiya səfirlərini çağırdı: Kibertəcavüz ittihamları

Finlandiya Xarici İşlər Nazirliyi Rusiyanın kibertəcavüz iddiaları ilə əlaqədar Rusiyanın Helsinkidəki səfiri Pavel Kuznetsovu nazirliyə çağırıb. Finlandiya xarici işlər naziri Elina Valtonen "X" sosial şəbəkəsindəki paylaşımında ölkəsinin Rusiyanın zərərli kiberfəaliyyətini və kiber məkandakı istismar cəhdlərini qətiyyətlə pislədiyini bəyan edib.

Hurriyyet.info xəbər verir ki, oxşar diplomatik addım Almaniya tərəfindən də atılıb. Rəsmi Berlin də Rusiyanın kiberhücumlarla bağlı ittihamlar fonunda Rusiyanın Almaniyadakı diplomatik nümayəndəliyinin rəhbərini Xarici İşlər Nazirliyinə çağırıb.

Qeyd edək ki, son dövrlər Avropa ölkələri Rusiyanı kritik infrastrukturlara qarşı kiberhücumlar təşkil etməkdə və regionda sabitliyi pozmaqda ittiham edir. Hər iki ölkənin bu diplomatik gedişi Avropanın Rusiyanın kiber fəaliyyətlərinə qarşı vahid mövqedən çıxış etdiyini və sərt reaksiya verdiyini nümayiş etdirir.