📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Fransa Kiprdə qoşun yerləşdirəcək

2026-06-07 20:57:55

Fransa Kiprdə qoşun yerləşdirəcək

Fransa və Kipr arasında hərbi əməkdaşlığın genişləndirilməsi ilə bağlı saziş bazar ertəsi imzalanacaq.

Modern.az xəbər verir ki, bu barədə Politico nəşri məlumat yayıb.

Bildirilib ki, saziş Fransa hərbi qüvvələrinin Kipr ərazisində fəaliyyətinin hüquqi çərçivəsini müəyyən edəcək.

Sənəd Fransız hərbçilərinin Kiprdə birgə hərbi təlimlər keçirməsi üçün şərtləri, eləcə də müdafiə sahəsində tərəfdaşlığın digər aspektlərini əhatə edəcək.

Razılaşma Fransa ilə Kipr arasında müdafiə əməkdaşlığının dərinləşdirilməsinə və Şərqi Aralıq dənizi regionunda təhlükəsizlik sahəsində koordinasiyanın gücləndirilməsinə xidmət edəcək.