📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Füzuli şəhərinə ilk köç başladı - Foto

2023-08-18 09:07:00

Füzuli şəhərinə ilk köç başladı - Foto

Füzuli şəhərinə ilk köç başlayıb.

Hurriyyet.az xəbər verir ki, ilk olaraq 23 ailənin (90 nəfər) qayıdışı təşkil olunub.

Lökbatanda məcburi köçkünlər üçün salınmış “Qobupark-3”dən 23 ailə yola salınıb.

Qeyd edək ki, avqustun 5-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Füzuli şəhərinə birinci mərhələdə köçürüləcək ailələr arasında püşkatma keçirib. Püşkatmada 144 ailə ( 509 nəfər) iştirak edib. Ailə tərkibinə uyğun olaraq, onlardan 51-i ikiotaqlı, 76-sı üçotaqlı, 17-si dördotaqlı mənzil ilə təmin olunub. Həmin ailələr indiyədək Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonu ərazisində müvəqqəti məskunlaşma yerlərində yaşayıblar.