Gələn il minimum əməkhaqqı dəyişməyəcək
2023-10-30 13:03:23
Azərbaycanda gələn il də minimum əməkhaqqının 345 manat olması nəzərdə tutulur.
Hurriyyet.az xəbər verir ki, bu, Hesablama Palatasının “2024-cü ilin dövlət büdcəsi haqqında” qanun layihəsinə rəyində əksini tapıb.
Qeyd edək ki, bu il ölkədə minimum əməkhaqqı 345 manatdır.