📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Gəmidə partlayış baş verdi..."- Oman sahillərində beynəlxalq gəmiçiliyə ağır zərbə!

2026-07-17 15:18:58

Oman sahillərində beynəlxalq sularda hərəkət edən yük tankerinə qəfil hücum təşkil edilib.

Hurriyyet.info  xəbər verir ki, Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) Omanın Xasab şəhərindən 19 dəniz mili şərqdə dəniz nəqliyyat vasitəsinin hədəf alındığı barədə təcili məlumat yayıb.

Verilən rəsmi məlumata görə, tanker naməlum mərmi ilə vurulub və zərbə nəticəsində gəminin sol bortuna yüngül ziyan dəyib.

Hadisə zamanı xəsarət alan olmayıb; bütün heyət üzvlərinin təhlükəsizlikdə olduğu və ətraf mühitə hər hansı zərərli maddənin sızmadığı bildirilir.