Gəncədə 29 yaşlı gənc bıçaqlandı
2026-07-02 19:53:50
Gəncədə 29 yaşlı şəxs bıçaqlanıb.
Hadisə şəhərin Poçt qəsəbəsində qeydə alınıb.
1997-ci il təvəllüdlü Aleksandr Konalinko bıçaq yarası ilə Gəncədə yerləşən xəstəxanaların birinə yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib.
Hadisənin hansı şəraitdə və kim tərəfindən törədilməsi ilə bağlı araşdırma aparılır./"Qafqazinfo"