Gəncədə azyaşlı xəstəxanada öldü
2026-07-18 21:03:28
Gəncədə 1 yaşlı uşağın ölüm faktı qeydə alınıb.
Modern.az xəbər verir ki, azyaşlı Tərtər rayonundan Gəncə Birləşmiş Uşaq Xəstəxanasına ağır vəziyyətdə gətirilib.
Xəstəxanada həkimlərin müdaxiləsinə baxmayaraq, J.Təhməzzadənin həyatını xilas etmək mümkün olmayıb. Azyaşlının ölüm səbəbi hələlik məlum deyil.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırmaya başlanılıb.