📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

GƏRGİN SEÇKİ SONRASI RUSİYA SƏFƏRİ... - Paşinyan Yekaterinburqa gedəcək

2026-07-03 13:51:27

GƏRGİN SEÇKİ SONRASI RUSİYA SƏFƏRİ... - Paşinyan Yekaterinburqa gedəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyaya səfər edəcək.

Hurriyyet.info “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, o, 6-9 iyul tarixlərində Yekaterinburqda keçiriləcək “İNNOPROM-2026” beynəlxalq sənaye sərgisində iştirak edəcək.

Məlumata görə, hökumət başçısının adı forumun spikerlərinin siyahısına daxil edilib.

Tədbirin iştirakçıları arasında həmçinin Rusiyanın hökumət başçısı Mixail Mişustin, Belarusun Baş naziri Aleksandr Turçin, Qazaxıstanın Baş naziri Oljas Bektenov və Qırğızıstanın Nazirlər Kabinetinin sədri Adılbek Kasımaliyevin də olacağı bildirilir.