Goranboyda AĞIR QƏZA: ÖLƏNLƏR və yaralılar var
2026-06-08 14:04:36
Goranboy rayonunda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Rayon ərazisində VAZ-2107 markalı avtomobillə VAZ-2106 markalı avtomobillər toqquşub.
Toqquşma nəticəsində iki nəfər hadisə yerində ölüb, yaralananların olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır./oxu.az