Goranboyda "Shacman" aşdı, xəsarət alan var
2026-07-10 16:51:20
Goranboy rayonunda yük avtomobilinin aşması nəticəsində sürücü xəsarət alıb.
Hurriyyet.info Teleqraf-a istinadla xəbər verir ki, hadisə rayonun Ağcakənd qəsəbəsində qeydə alınıb.
Belə ki, "Shacman" markalı yük avtomobili yoldan çıxaraq aşıb. Qəza zamanı sürücü 1991-ci il təvəllüdlü Vüsal Qurbanov müxtəlif bədən xəsarətləri ilə yaxınlıqda yerləşən xəstəxanaya aparılıb. Ona ilkin tibbi yardım göstərilib, vəziyyəti kafidir. İlkin məlumata görə, qəzaya səbəb yük avtomobilin əyləc sisteminin işləməməsi olub. Qəza yerinə yol polisi əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma başlanılıb.