📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Görmə məsafəsi məhdudlaşacaq - Xəbərdarlıq

2023-12-24 00:22:54

Görmə məsafəsi məhdudlaşacaq - Xəbərdarlıq

Dumanlı və yağıntılı hava şəraiti ilə əlaqədar avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq.

Hurriyyet.Az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Məlumatda qeyd olunub ki, dekabrın 24-də yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarında görmə məsafəsinin 300-800 metrədək məhdudlaşacağı ehtimal olunur.