📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Göyçay sakinini ilan sancdı

2026-05-28 16:36:53

Göyçay sakinini ilan sancdı

Göyçayda kişini ilan sancıb.

 

Hurriyyet.info APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Şəkər kəndində qeydə alınıb.

Kənd sakinlərinin sözlərinə görə, mal otaran zaman 1972-ci il təvəllüdlü Eldar Ağasəf oğlu Əliyevi ilan sancıb.

Sakinlərin köməyi ilə o, xəstəxanaya çatdırılıb və ona tibbi yardım göstərilib.

E. Əliyevin hazırda müalicə aldığı bildirilir.