📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Günay Malikqızı vəzifəsindən ayrıldı

2026-07-17 12:12:51

Günay Malikqızı vəzifəsindən ayrıldı

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyində fəaliyyət göstərən daha bir tanınmış şəxs vəzifəsindən ayrılıb.

Hurriyyet.info  Manset.az-a istinadla bildirir ki, jurnalist Günay Malikqızı Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyində tutduğu vəzifədən ayrılıb.

Onun vəzifədən azad edilməsi ilə bağlı əmr bu günlərdə imzalanıb.

Günay Malikqızı Azərbaycan Prezidentinin Naxçıvan Muxtar Respublikası üzrə səlahiyyətli nümayəndəliyində media və televiziya sahəsinə rəhbərlik edib. 

Xatırladaq ki, Günay Malikqızının həyat yoldaşı da bir müddət əvvəl Bakıda vəzifəyə təyin edilib.