📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Günel Mövludun Bakıya gələn həyat yoldaşı həbs edildi

2026-07-03 20:28:54

Günel Mövludun Bakıya gələn həyat yoldaşı həbs edildi

Norveçdə yaşayan yazar Günel Mövludun həyat yoldaşı Hacı Hacılı Azərbaycanda həbs edilib.

Hurriyyet.info Gununsesi.info-ya istinadən xəbər verir ki, Hacı Hacılı bu günlərdə ölkəyə gəlib.

Həbsindən sonra ona CM-nin 206 (Qaçaqmalçılıq) maddəsi üzrə ittiham elan olunub.

Barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilən Hacılı hazırda Kürdəxanıdakı 1 Saylı İstintaq Təcridxanasında saxlanılır.