Güneldən təhqiramiz şərhlərə sərt reaksiya
Müğənni Günel Zeynalova ünvanına yazılan təhqiramiz şərhlərə sərt münasibət bildirib.
Musavat.com xəbər verir ki, sənətçi sosial şəbəkələrdə bəzi istifadəçilərin ona "qaçqın Günel" deyə müraciət etməsinə etiraz edib. O, bu cür ifadələrin yolverilməz olduğunu vurğulayaraq həmin şəxsləri tənqid edib.
Günel bildirib ki, insanları mənşəyinə və ya keçmişinə görə alçaltmağa çalışmaq düzgün deyil. O, bu cür yanaşmanın cəmiyyətə yaraşmadığını qeyd edib.
Müğənni paylaşımında izləyicilərinə hörmət çərçivəsində davranmağa çağırış edərək, təhqir və alçaldıcı ifadələrin heç kimə üstünlük qazandırmadığını deyib.
Sənətçinin bu açıqlaması sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Bir çox izləyici ona dəstək verərək bu cür ifadələrin yolverilməz olduğunu bildirib, digərləri isə məsələ ilə bağlı fərqli fikirlər səsləndirib.