📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Gürcüstan "3+3" formatında keçiriləcək görüşdə iştirak etməyəcək

2026-06-04 21:13:59

Gürcüstan

Gürcüstan "3+3" formatında keçiriləcək görüşdə iştirak etməyəcək.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

Qeyd edilib ki, Gürcüstanın formatla bağlı mövqeyi məlumdur və dəfələrlə bəyan edilib.

"Gürcüstan heç zaman bu formatdakı görüşlərdə iştirak etməyib", - XİN-dən bildirilib.

Qeyd edək ki, "3+3" formatında ilk ekspert sessiyası iyunun 5-də Sankt Peterburqda keçiriləcək. Rusiyanın XİN başçısının müavini Mixail Qaluzin "3+3" formatının qapılarının Gürcüstan üçün hər zaman açıq olduğunu deyib. Rəsmi Tbilisi Gürcüstan ərazilərinin Rusiya tərəfindən işğalda saxlanıldığına görə bu formata qoşulmasını mümkünsüz hesab edir.