Gürcüstanda azərbaycanlı şagirdlər qazdan zəhərləndi
2023-04-25 23:02:00
Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli bələdiyyəsinin 6 nömrəli ictimai məktəbinin şagirdləri qaz sızmasından zəhərləniblər.
Hurriyyet.Az xəbər verir ki, faktı Marneuli Resurs Mərkəzi (maarif şöbəsi) təsdiqləyib.
Məlumata görə, qaz sızması nəticəsində məktəbin 3 şagirdi huşunu itirib. Onların xəstəxanaya yerləşdirildiyi açıqlanıb. Zəhərli qazın məktəb binasının yaxınlığındakı müəssisələrdən birindən sızdığı, məktəblə əlaqəli olmadığı açıqlanıb. Təhlükəsizlik səbəbilə məktəb binasında təxliyə həyata keçirilib (apa).