📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Hacı Şahinin ölümü prokurorluqda araşdırılır - Rəsmi

2023-03-02 16:36:00

Hacı Şahinin ölümü prokurorluqda araşdırılır - Rəsmi

Məşədi Dadaş Məscidinin imamı Hacı Şahinin ölümü ilə bağlı araşdırma aparılır.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, 1974-cü il təvəllüdlü Şahin Həsənlinin (Hacı Şahin) martın 2-də paytaxtın Yasamal rayonunda yerləşən evində ölməsi faktı ilə bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, TƏBİB tanınmış ilahiyyatçının ürəktutmadan dünyasını dəyişdiyini açıqlayıb. (qafqazinfo)