📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Hadrutda söküntü işləri aparılacaq

2023-12-06 22:36:58

Hadrutda söküntü işləri aparılacaq

Xocavənd rayonunun Hadrut qəsəbəsinin tikintisi məqsədilə söküntü işləri aparılacaq.

"Report” bu barədə Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, qurum artıq bununla bağlı hazırlıq işlərinə başlayıb. Söküntü işləri ilə yanaşı şaquli planlaşdırma işləri də aparılacaq. Bütün bu işlərə 2 milyon manat xərclənməsi planlaşdırılır.