📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Hasan Can Kaya ABŞ-də evləndi - FOTOLAR

2026-06-08 12:06:51

Hasan Can Kaya ABŞ-də evləndi - FOTOLAR

Türkiyəli məşhur komediyaçı Hasan Can Kaya uzun müddətdir birlikdə olduğu sevgilisi Duyğu Karabaş ilə ailə həyatı qurub.

Hurriyyet.info xəbər verir ki, cütlüyün nikah mərasimi ABŞ-da baş tutub Məlumata görə, dil təhsili almaq üçün ABŞ-a gedən Hasan Can Kaya toyunu da burada keçirib.

36 yaşlı komediyaçı evlilik xəbərini sosial şəbəkə hesabında paylaşdığı toy fotoları ilə açıqlayıb. O, paylaşımına "Dünən belə bir şey oldu" sözlərini yazıb.

Qeyd edək ki, Hasan Can Kaya və Duyğu Karabaşın ötən ilin mart ayında evlənmək qərarı verdikləri bildirilirdi.