📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Həkəri çayında batan şəxsin axtarışları aparılır

2026-07-05 13:02:10

Həkəri çayında batan şəxsin axtarışları aparılır

Həkəri çayının Zəngilan rayonunun Ağalı kəndindən keçən hissəsində bir nəfər batıb.

Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb edilərək axtarışlara başlayıblar.

Hazırda 1962-ci il təvəllüdlü Həsənov Nuşirəvan Mehdi oğlunun batdığı ehtimal olunan istiqamətlərdə axtarış-xilasetmə tədbirləri davam etdirilir.

Qeyd edək ki, daha əvvəl yerli sakinlər tərəfindən meyitin tapıldığı barədə məlumat verilmişdi.