📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Həmin cinayətkar həbsxanada evləndi

2026-07-15 21:51:52

Həmin cinayətkar həbsxanada evləndi

Ömürlük həbs cəzası çəkən İlnaz Qalyaviyev həbsxanada ailə qurub.

Hurriyyet.info xəbər verir ki, "SHOT" kanalının məlumatına görə, 25 yaşlı Qalyaviyevin həyat yoldaşı 18 yaşlı Diana K. olub. Rostov vilayətindən olan və hazırda Moskvada yaşayan gənc jurnalist qızın Qalyaviyevlə tanışlığı məhkəmə proseslərindən biri zamanı baş tutub. İddia edilir ki, məhkəmə iclasında onu canlı görən Diana daha sonra onunla görüşə gedib və tərəflər evlənmək qərarına gəliblər.

Nikah may ayının sonlarında Orenburq vilayətinin Sol-İletsk şəhərində yerləşən İK-6 cəzaçəkmə müəssisəsində qeydiyyata alınıb. Qaydalara əsasən, cütlüyün ildə yalnız bir dəfə görüşmək hüququ olacaq.

Xatırladaq ki, 2021-ci il mayın 11-də 19 yaşlı İlnaz Qalyaviyev məzunu olduğu Kazan 175 saylı gimnaziyaya hücum edərək ov tüfəngi ilə 7 şagirdi və 2 müəllimi qətlə yetirib, daha 24 nəfəri isə yaralayıb. Məhkəmə-psixiatriya ekspertizası onun tam əqli sağlam olduğunu təsdiqləyib və 2023-cü ildə o, ömürlük azadlıqdan məhrum edilib.

photo_2026-07-15_19-42-20.jpg (78 KB)