📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Həyat yoldaşının qolbağısını satıb Türkiyəyə getdi - VİDEO

2023-02-16 23:00:00

Həyat yoldaşının qolbağısını satıb Türkiyəyə getdi - VİDEO

Fevralın 6-da Türkiyənin 10 şəhərini əhatə edən fəlakətdən sonra dünyanın hər yerindən axtarış-xilasetmə qrupları ölkəyə gedib. Onların hər biri öz həyatlarını təhlükəyə ataraq, saysız-hesabsız insanları xilas edərək dağıntılar arasında mübarizə aparıblar. Axtarış-xilasetmə işləri sona çatdıqca hər biri yavaş-yavaş öz ölkələrinə qayıdıb. Türkiyə ilə sona qədər qalanların başında isə Azərbaycandan gedən həmvətənlərimiz dayanıb.

Zəlzələnin ilk günündən Azərbaycan xalqı həm göndərdiyi yardımlarla, həm də axtarış-xilasetmə işlərində apardığı mübarizə ilə həmişə Türkiyə ilə olub.

Hurriyyet.Az Sfera.az-a istinadən xəbər verir ki, həyat yoldaşının qolbağını sataraq onu axtarış-xilasetmə işlərinə göndərdiyini deyən Cənubi Azərbaycanlı soydaşımız isə hamımızı bir daha duyğulandırıb.

Türkiyə mediasında gündəm olan həmin şəxsi sizə təqdim edirik.