📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Hizbullah" İsraillə tam atəşkəsə hazırdır

2026-06-01 23:12:36

Livanın radikal "Hizbullah" qruplaşması İsraillə tam atəşkəsə hazırdır.

"Report"un "Axios"a istinadən məlumatına görə, bunu Livan parlamentinin sədri Nəbih Berri bildirib.

"Axios"un məlumatına görə, qruplaşma ilə sıx əlaqələri olan N.Berri ABŞ Prezident Administrasiyasına bildirib ki, "Hizbullah" İsraillə tam, dərhal atəşkəsə hazırdır və müvafiq sazişin icrasını təmin etməyi öhdəsinə götürür.

Bu açıqlama Tehranın Livanda atəşkəs pozulacağı təqdirdə İsrailə zərbə endirməyə hazır olduğunu açıqlaması fonunda verilib.