📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Hizbullahın daha bir komandiri ÖLDÜRÜLDÜ

2026-05-21 15:37:59

Hizbullahın daha bir komandiri ÖLDÜRÜLDÜ

İsrail ordusu Hizbullahın orta mənzilli raket sistemi komandiri Nəşşarın öldürüldüyünü açıqlayıb.

Hurriyyet.info xəbər verir ki, İsrail ordusundan verilən açıqlamada bildirilib ki, Hizbullahın orta mənzilli raket sistemindən məsul olan komandir Nəşşar keçirilən əməliyyat zamanı öldürülüb.

Məlumata görə, əməliyyat Livanın cənubunda həyata keçirilib. İsrail tərəfi Nəşşarın İsrailə qarşı həyata keçirilən raket hücumlarında mühüm rol oynadığını iddia edib.

Son dövrlərdə İsrail və Hizbullah arasında qarşıdurma daha da şiddətlənib. İsrail ordusu Livan ərazisində Hizbullah hədəflərinə qarşı hava hücumlarını davam etdirir.