📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Hücumda yaralanan azərbaycanlıların vəziyyəti və adları açıqlandı

2026-06-05 20:54:16

Hücumda yaralanan azərbaycanlıların vəziyyəti və adları açıqlandı

Azov dənizində gəmiyə edilən hücum zamanı yaralanan şəxslərin vəziyyəti ilə bağlı yeni məlumat yayılıb.

Hurriyyet.info xəbər verir ki, Yeysk Mərkəzi Rayon Xəstəxanasının travmatologiya şöbəsi yaralıların durumunun stabil olduğunu açıqlayıb.

Həkimlərin məlumatına görə, şöbəyə ümumilikdə üç nəfər qəbul olunub: Emin Saleh oğlu Valehov, Yaşar Samir oğlu İbadzadə və Namiq Vüqar oğlu Cəfərli.

Bildirilib ki, onların hamısı şüurludur və hazırda travmatologiya şöbəsində müalicə alırlar.

Xəstəxanadan verilən məlumata əsasən, yaralıların vəziyyəti stabil qiymətləndirilir.