📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İcra başçısı özünə birinci müavin təyin etdi - FOTO

2026-07-07 23:11:23

İcra başçısı özünə birinci müavin təyin etdi - FOTO

Şəki Şəhər İcra Hakimiyyəti başçısına birinci müavin təyin olunub.

Hurriyyet.info İqtisadiyyat.az-a istinadla xəbər verir ki, bununla bağlı icra başçısı Elxan Usubov müvafiq sərəncam imzalayıb.

Sənədlə birinci müavin vəzifəsinə Elman İmamverdiyev təyin edilib.

Qeyd edək ki, E.İmamverdiyev 1984-cü ildə Şəki şəhərində anadan olub. O, bu təyinatadək başçının müavini - Sosial-iqtisadi, memarlıq-tikinti məsələləri və şəhər təsərrüfatı şöbəsinin müdiri vəzifəsində çalışıb.