📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İcra başçısına yeni müavin təyin olundu - FOTO

2023-07-03 20:10:00

İcra başçısına yeni müavin təyin olundu - FOTO

Şəmkir Rayon İcra Hakimiyyətinin (RİH) başçısına yeni müavin təyin olunub.

Hurriyyet.az "Report"a istinadən xəbər verir ki, bununla bağlı icra başçısı Rəşad Tağıyev müvafiq sərəncam imzalayıb.

Sərəncama əsasən Sahibsoy Rüfət Sahib oğlu Şəmkir RİH başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

O, bu gün kollektivə təqdim olunub.

Qeyd edək ki, R.Sahibsoy bundan öncə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin departament müdiri vəzifəsində çalışıb.