İki rəis müavini nöqsanlara görə işdən çıxarıldı
2023-05-06 20:59:00
Daxili İşlər Nazirliyi tərəfindən Polis İdarələrində xidməti kompleks yoxlamalar davam etdirilir.
Hurriyyet.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, yoxlamalar nəticəsində daha 2 vəzifəli şəxs işdən azad edilib.
Belə ki, Mehdiabad Polis Bölməsinin rəis müavini, polis mayoru Xəqani Bəhramov və Saray Polis Bölməsinin rəis müavini, polis polkovnik-leytenantı Ziyad İbrahimovun xidməti fəaliyyətində nöqsanlara yol verdiyi aşkar edilib. Onlar işdən azad edilərək sərəncama götürülüb.
Qeyd edək ki, hər iki bölmə Abşeron Rayon Polis İdarəsinə tabedir.