📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İlham Quliyev: "Su qıtlığı yaşayan rayonlara Qarabağdan magistral xətlər çəkilə bilər" - EKSKLÜZİV

2026-06-03 15:39:49

İlham Quliyev:

Qarabağ və Şərqi Zəngəzurda yaradılan yeni su mənbələri gələcəkdə digər rayonların su təminatında da istifadə oluna bilər.

Bunu "Report"a açıqlamasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Regional Su Meliorasiya Xidmətinin İdarə Heyətinin sədr müavini İlham Quliyev bildirib.

Onun sözlərinə görə, hazırda regionda inşa olunan və planlaşdırılan su anbarları ilk növbədə Qarabağ və Şərqi Zəngəzurda məskunlaşmanın su tələbatının qarşılanmasına xidmət edəcək.

"Gələcəkdə əlavə tələbat yaranacağı təqdirdə bu su mənbələrindən digər ərazilərin də faydalanması imkanları qiymətləndirilə bilər. Burada nəzərdə tutulan məskunlaşma üçün su ehtiyatları tam kifayət edəcək. Hətta gələcəkdə əlavə ehtiyac yaranarsa, çatışmazlıq olan bəzi rayonlara bu su mənbələrindən magistral xətlərin çəkilməsi də nəzərdən keçirilə bilər. Hazırda Qarabağ və Şərqi Zəngəzurda yeni su anbarlarının yaradılması və su infrastrukturunun genişləndirilməsi istiqamətində işlər davam etdirilir", - deyə meliorasiya rəsmisi qeyd edib.