📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İlin ilk beş ayında Azərbaycanda nikah və boşanmaların sayı azalıb

2026-07-21 10:19:05

İlin ilk beş ayında Azərbaycanda nikah və boşanmaların sayı azalıb

Bu ilin ilk beş ayında (yanvar-may) Azərbaycanda nikah və boşanmaların sayı azalıb.

Bu barədə Hurriyyet.info Dövlət Statistika Komirəsindən məlumat verilib.

Bildirilib ki, cari ilin ilk beş ayında 15 107 nikaha daxilolma və 8 087 boşanma halları qeydə alınıb.

2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1 000 nəfərinə nikahların sayı azalaraq 4,7-dən 3,6-ya, boşanmaların sayı isə 2-dən 1,9-a düşüb.