📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İlk dəfə “WUF13 NGO Forum” keçiriləcək

2026-05-18 21:42:52

İlk dəfə “WUF13 NGO Forum” keçiriləcək

2026-cı il mayın 19-da Azərbaycanın QHT Agentliyinin təşkilatçılığı və GSNP-nin (Global South NGO Platform) tərəfdaşlığı ilə WUF tarixində ilk dəfə “WUF13 NGO Forum” keçiriləcək.

Modern.az xəbər verir ki, bu barədə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi məlumat yayıb.

Bildirilib ki, forumun açılış mərasimində BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbaxın da iştirakı gözlənilir.

Forum saat 14:00-da (WUF13 area, Dialogue Room A) başlayacaq.

Bütün QHT-lər dəvətlidir.