📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İnam Kərimovdan (AM sədri) İnam Kərimova (MHŞ sədri) ŞİKAYƏT

2026-06-01 12:27:44

İnam Kərimovdan (AM sədri) İnam Kərimova (MHŞ sədri) ŞİKAYƏT

Siz buna ALİ MƏHKƏMƏ deyirsiniz, amma bu XƏY(ALİ) MƏHKƏMƏDİR

Məhkəmə müdafiəsi hüququnun konstitusion əhəmiyyət  daşıdığı, eləcə də məhkəmə qərarları İCRASIZ qaldıqda MƏHKƏMƏ müdafiəsi hüuqunun XƏYALİ xarakter qazanacağı nəzərə alınmaqla, TƏLƏBKAR ƏRİZƏ VERMƏDİKDƏ belə HAKİM MÜTLƏQ ağlabatan müddətlərdə XİDMƏTİ VƏZİFƏSİNƏ görə İCRA HAQQINDA QƏRARDAD çıxarılması məsələsini həll etməlidir”.

Bu təsbit Ali Məhkəmə Plenumunun 19.11.2021-ci il tarixli “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Qərarının 22-ci bəndi ilə formalaşdırdığı vahid məhkəmə təcrübəsindəndir. Nə yazıq,  3 milyonluq Bakı şəhərinin   inzibati işlərdə inhisarçı bircə Bakı İnzibati Məhkəməsi (BİM) bir yana , heç Ali Məhkəmənin özü də özünün çıxardığı qərarların icrasını, formalaşdırdığı təcrübəni təmin etmir. BİM-in qeyri-prosessual özbaşınalığı o həddə çatıb ki, nəinki İCRA HAQQINDA QƏRARDAD çıxarır, əksinə TƏLƏBKARIN ƏRİZƏLƏRİNİN QƏBULUNDAN ANINDA İMTİNA EDİR, İCRANIN MÜMKÜN SAYILMAMASINI qərara alır. Bakı Apellyasiya Məhkəməsi,  Ali Məhkəmə isə bu mümkünsüzlüyü qüvvədə saxlayır. Beləcə (ALİ) məhkəmə (müdafiəsi hüququ) XƏYALİ olur. Məhkəmə Hüquq Şurası da “xəyalları gerçəkləşdirməkdən” imtina edir. Konstitusiya Məhkəməsi isə şikayətləri ya it-bata salır, ya da (ALİ) MƏHKƏMƏNİN XƏYALİ xarakter qazanmasını Konstitusiyaya uyğun sayıb, şikayət(lər)i icraata qəbul etmir.

Bakı İnzibati Məhkəməsinin  (h. Aygün Əhədova, iş 4665) məhkəmə qərarının icrasını MÜMKÜNSÜZ sayan (2,5 il qabaqkı!) aktından tələbkarın şikayəti Bakı Apellyasiya Məhkəməsinin 10 ildir məhkəmə qərarının icrasına qadağa qoyan heyətinə (Şərafət Məmmədova, Pərviz Hüseynov, Cahangir Yusifov, Ceyhun Məmmədov, iş 2233) verilib və anında aşağı instansiyanın saxtalığı qüvvədə saxlanıb. Kassasiya şikayəti verməyə də hüquqi yardımdan imtina edilib və iş Xəyalə Cəmilovanın sədri olduğu heyətə (Orxan İsmayılov, Rəşid Səmədov, iş 3090) verilib. Bu heyət də hüquqi yardım etmədən, vəkillə təminat, iclasın videokonfransla keçirilməsi barədə müraciətlərə baxmadan icranın mümkün sayılmaması haqqında birinci instansiyanın qərardadını qüvvədə saxlayıb. Xəyalə Cəmilovanın (ALİ) məhkəməni XƏYALİ edən fəaliyyəti Ali Məhkəməyə təyinat alması ilə sonuclanıb (?) və kassasiya şikayəti 8 aydır (!) Ali Məhkəmənin İK-sının sədri Rahib Nəbizadə olan heyətinin (Səyyad Kərimov, Bəhram Məmmədli, iş 3888) icraatındadır. 8 aydır Ali Məhkəmənin sədri (İnam Kərimov) məhkəmə tərkibinin 2 hakiminə ( Rahib Nəbizadə, Səyyad Kərimov) tələbkarın ETİRAZINA baxmır. Etiraz isə elə əsaslıdır ki, bu hakimlər mütləq işdən kənarlaşdırılmalıdırlar. 1-ci əsas: Səyyad Kərimov (s/e), Rahib Nəbizadə, Zakir Quliyev) 5 il qabaq həmin Xəyalə Cəmilovanın sədri olduğu Bakı AM-in heyətinin (Vahid Sadıqov, Namiq Cəfərov) saxta  qərardadını qüvvədə saxlayıb ki, DİN-in saxta vəkili və nümayəndəsi (vəkil dövlət orqanının, istintaq, ittiham orqanının nümayəndəsi- işçisi ola bilməz!) Əlirza Həbilovun sifarişi Konstitusiyadan üstündür; guya iddianın mümkün sayılmaması haqqında saxta(-doğru) QƏRARDAD qanuni qüvvəyə minmiş məhkəmə QƏTNAMƏSİDİR!(?) 2-ci əsas: Rahib Nəbizadə , Səyyad Kərimov, Aida Hüseyn üçlüyü (iş 784) 3 il qabaq Bakı AM-in (s/e Aytən Oruczadə, Rəşid Səmədov, Azad İmanov, iş 3863) məhkəmə qərarının icrasına, kassasiya hüququna vəkillə təminatdan imtina etməklə  qadağa qoyan qərardadını (tələbkar 1-ci dərəcəli Qarabağ qazisi xəstəxanada müalicədə olanda) qüvvədə saxlayıb. 3-cü əsas: Rahib Nəbizadə (s/e), Səyyad Kərimov, Aida Hüseyn üçlüyü (iş 1912) 1 il qabaq Bakı AM-in (s/e Şərafət Məmmədova, Pərviz Hüseynov, Cahangir Yusifov) vəkillə təminatdan imtina BİLDİRİŞİNİ (?- özbaşınalığa baxın, məhkəmə akt da çıxarmır, bildirişlə Konstitusiyaya qadağa qoyur!(?) qüvvədə saxlayıb ki, 2 il qabaqkı hüquqi yardımdan-vəkillə təminatdan imtina qərardadı QÜVVƏDƏDİR , PREYUDİSİAL AKT, KONSTİTUSİYA QƏRARI kimi QƏTİDİR, LƏĞV, TƏKZİB EDİLƏ BİLMƏZ! Bir faktı da vurğulayaq ki, Rahib Nəbizadə 1912 saylı 1 il qabaqkı işdə 2023-cü ildə başqa ali heyətin (s/e İlqar Hüseynov, iş 1658) tərkibində işin 2 dəfə geri Bakı AM-ə qaytarılıb, baxılmalı olmasını qərara alıb. İndi isə işə hətta ali səviyyədə baxmağın mümkün olmadığını aktlaşdırıb.

Ali Məhkəmə (Rahib Nəbizadə, Səyyad Kərimov və b) hüquqa qadağanı preyudisial akt sayır, Konstitusiya qərarı kimi qətiliyini, ləğv edilməzliyini qərara alır. Konstitusiya Məhkəməsi ilə də qeyri-prosessual münasibətə girib, 2025-ci ildə 3 şikayətimi it-bata saldırıblar, 2026-cı ildə isə 3 şikayətimin icraata qəbulundan heç bir əsas olmadan imtina etdiriblər.

Ali Məhkəmənin, Məhkəmə Hüquq Şurasının hörmətli sədri İnam Kərimov, Siz buna MƏHKƏMƏ, HÜQUQ deyirsiniz? Belə məhkəmə, belə hüquq, belə Konstitusiya təminatı olar?

Hörmətli Ali Məhkəmə sədri! 8 aydır Ali Məhkəmənin icraatında olan 3888 saylı işin 2 hakiminə (Rahib Nəbizadə, Səyyad Kərimov) etirazımı elektron kabinetdən və poçtdan, kağız daşıyıcıdan təqdim edirəm, baxılmır. Qanunvericiliyin, Ali Məhkəmə Plenumunun formalaşdırdığı vahid təcrübənin tələbinə görə etiraz haqqında ərizələrə dərhal məhkəmə sədri tərəfindən baxılıb, uyğun qərar çıxarılmalıdır. ALİ MƏHKƏMƏNİN SƏDRİ SİZ İNAM KƏRİMOV DEYİLSİNİZ? Niyə 8 aydır etiraza baxmırsınız? İndi Ali Məhkəmə sədrindən Məhkəmə Hüquq Şurasının sədrinə necə şikayət edək? Axı Sizə AM sədri kimi şikayətimizə hansısa sektorun müavini, MHŞ sədri kimi isə hansısa məsləhətçi , özü də qanuna zidd cavab verir, çox vaxt da heç cavab verilmir. Neyləyək, dərdimizi, etirazımızı kimə deyək?

Sizdən Sizə şikayətim var, ya Ali Məhkəmənin, ya da Məhkəmə Hüquq Şurasının sədri kimi, məhkəmə qərarlarının icrası, məhkəmə təminatı , məhkəmə müdafiəsi hüququnun XƏYALİLİYİNİ ALİ etməyiniz Sizin borcunuzdur.

ALİ OLAN HÜQUQDUR, HÜQUQ XƏYALİ OLA BİLMƏZ!

Məğrur Bədəlsoy