📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İnstitut məlumat yaydı - Növbə yaranmasının səbəbi bilindi

2026-07-14 15:51:22

İnstitut məlumat yaydı - Növbə yaranmasının səbəbi bilindi

Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda bu gün səhər saat 10:00-11:00 radələrində rentgen xidmətinin fəaliyyətini təmin edən informasiya sistemində müvəqqəti texniki nasazlıq yaranıb.

Bu barədə Hurriyyet.info-ya institutdan bildirilib.

Bu səbəbdən rentgen müayinəsinə müraciət edən vətəndaşlar arasında müəyyən müddət növbə əmələ gəlib.

"Texniki problem operativ şəkildə aradan qaldırılıb və hazırda rentgen xidməti tam normal rejimdə fəaliyyət göstərir.

Yaranmış müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik. Anlayış və səbir nümayiş etdirdiyiniz üçün sizə təşəkkür edirik!", - məlumatda qeyd olunub.