📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"iPhone"nun məşhur xüsusiyyəti "Android" smartfonlarında GÖRÜNƏCƏK

2023-12-22 22:09:39

Android smartfonlarına batareyanın vəziyyətinə nəzarət etməyə imkan verən alət əlavə olunacaq. 

Bu barədə "Android Authority" məlumat yayıb.

Mütəxəssislər, yeni menyunun beta versiyasına diqqət yetiriblər. Bölməyə getdiyiniz zaman sistem cihazın tam doldurulma dövrlərinin sayını göstərir. 

Media müəlliflərinin sözlərinə görə, oxşar status göstəricisi bir neçə il əvvəl “Apple” smartfonlarında üzə çıxıb. Onun köməyi ilə cihaz sahibləri iPhone-un batareyasının ömrünü qiymətləndirə bilərlər. \\Redaktor.az