İran ABŞ-ın son təklifini araşdırır
2026-05-21 11:33:40
Tehran ABŞ tərəfinin İranın hərbi əməliyyatları dayandırmaq təklifi ilə bağlı şərhlərini nəzərdən keçirir.
Hurriyyet.az xəbər verir ki, məlumatı Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai açıqlayıb:
"İranın təqdim etdiyi 14 bəndlik mətn əsasında bir neçə mesaj mübadiləsi aparılıb və biz Amerika tərəfinin mövqeyi barədə bəyanat aldıq. Hazırda biz onu araşdırırıq".