📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İran-ABŞ sazişinin yekun layihəsi tezliklə dərc oluna bilər - Hansı şərtlər var?

2026-05-22 14:46:45

İran-ABŞ sazişinin yekun layihəsi tezliklə dərc oluna bilər - Hansı şərtlər var?

Pakistanın vasitəçiliyi ilə hazırlanan İran–ABŞ razılaşmasının yekun layihəsi üzrə anlaşma əldə olunub və sənədin yaxın saatlarda açıqlanması gözlənilir.

Bu barədə “Əl-Ərəbiyyə” telekanalı məlumat yayıb. 

Məlumata əsasən, layihənin əsas şərtləri bunlardır:

- Bütün cəbhələrdə dərhal və hərtərəfli atəşkəs elan olunacaq;

- Tərəflər bir-birinin hərbi və strateji infrastrukturunu hədəfə almamağa söz verəcəklər;

- Fars körfəzi və Hörmüz boğazında naviqasiya azadlığı birgə monitorinq mexanizmi vasitəsilə təmin ediləcək;

- İranın razılaşma şərtlərinə əməl etməsi qarşılığında sanksiyalar mərhələli şəkildə yumşaldılacaq və ya ləğv ediləcək;

- Həll olunmamış məsələlərlə bağlı yeni danışıqlar maksimum yeddi gün ərzində başlanacaq.