İran ABŞ-yə xəbərdarlıq edib - "Hücumlar 2-3 gün ərzində davam edərsə..."
2026-07-18 12:41:18
Rəsmi Tehran ABŞ-nin İrana qarşı hücumları 2-3 gün ərzində davam edərsə, müdafiə əməliyyatlarından hücum əməliyyatlarına keçəcək.
Hurriyyet.info xəbər verir ki, bu barədə İranın ali rəhbərinin hərbi müşaviri Möhsün Rzayi İran dövlət televiziyasının efirində danışıb.
"Əgər ABŞ-nin hücumları qarşıdakı iki-üç gün ərzində davam edərsə, İran Silahlı Qüvvələri çəkindirmə və cavab tədbirləri mərhələsindən "hücum və tam məhvetmə" mərhələsinə keçəcək", - deyə o, bildirib.
Rzayi vurğulayıb ki, bu halda Tehran təkcə münaqişə zonasındakı ABŞ bazalarına deyil, həm də ondan kənarda yerləşən bazalara hücum edəcək.