📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İran marşrutu yenidən aktivləşir – 92 milyonluq narkotik tutulub

2026-07-08 20:39:36

İran marşrutu yenidən aktivləşir – 92 milyonluq narkotik tutulub

Dövlət Sərhəd Xidmətinin açıqladığı son məlumat bir daha göstərir ki, Azərbaycanın cənub sərhədi təkcə dövlət sərhədi deyil, həm də transmilli cinayətkar şəbəkələrin əsas hədəflərindən biridir. Tək bir neçə əməliyyat nəticəsində 78 kiloqram 250 qram narkotik vasitənin və 1990 ədəd psixotrop tərkibli metadon həbinin ələ keçirilməsi təsadüfi statistika deyil. Bu, sərhədin o tayında fəaliyyət göstərən mütəşəkkil narkotik şəbəkələrinin Azərbaycandan tranzit dəhlizi kimi istifadə etmək cəhdlərinin davam etdiyini göstərən ciddi təhlükəsizlik siqnalıdır.

İranla sərhəddə qaçaqmalçılar atəş açaraq qaçıbla Külli miqdarda narkotik  vasitənin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb. Dövlət Sərhəd  Xidmətinin Mətbuat Mərkəzindən verilən xəbərə görə, fevralın 20-də Dövlət  Sərhəd Xidmətinin Sərhəd ...

Məsələyə təhlükəsizlik prizmasından baxdıqda görünür ki, burada söhbət sadəcə narkotik qaçaqmalçılığından getmir. Bu, dövlətin milli təhlükəsizliyi, iqtisadi təhlükəsizlik, gənclərin sağlamlığı və hətta regionun geosiyasi sabitliyi ilə bağlı məsələdir. Azərbaycan uzun illərdir Əfqanıstan mənşəli narkotiklərin İran üzərindən Avropa istiqamətində daşındığı marşrutlardan birinin üzərində yerləşir. Əfqanıstanda istehsal olunan narkotiklərin böyük hissəsi əvvəlcə İran ərazisinə daxil olur, daha sonra müxtəlif yollarla Cənubi Qafqaza, oradan isə Avropa bazarına çıxarılmağa çalışılır. Azərbaycan isə bu marşrutun üzərində yerləşdiyi üçün daim risk zonasındadır. Bu baxımdan DSX-nin Horadiz və Lənkəran istiqamətlərində həyata keçirdiyi uğurlu əməliyyatlar göstərir ki, sərhəd nəzarəti yalnız fiziki baryerlərlə deyil, eyni zamanda operativ kəşfiyyat məlumatları əsasında qurulub. Çünki onlarla kiloqram narkotikin aşkar edilməsi təsadüfi patrul fəaliyyəti ilə mümkün olmur. Burada əvvəlcədən əldə olunmuş məlumatlar, texniki müşahidə vasitələri, pilotsuz uçuş aparatları, istilik kameraları və operativ əməkdaşların koordinasiyalı fəaliyyəti mühüm rol oynayır. Diqqət çəkən məqamlardan biri də metadon həblərinin aşkar olunmasıdır. Metadon tibbdə istifadə olunan preparat olsa da, qanunsuz dövriyyəyə çıxarıldıqda artıq psixotrop maddə kimi ciddi təhlükə yaradır. Son illər dünya üzrə sintetik narkotiklərin dövriyyəsinin artması fonunda metadon, amfetamin və digər psixotrop preparatların qaçaqmalçılığı klassik narkotik vasitələrlə müqayisədə daha böyük gəlir mənbəyinə çevrilib. Bu isə onu göstərir ki, cinayətkar şəbəkələr artıq yalnız marixuana və tiryək daşımır, eyni zamanda sintetik preparat bazarına da ciddi maraq göstərirlər. Belə dövrlərdə sərhəd zonalarında həm narkotik qaçaqmalçılığı, həm silah daşınması, həm də digər transmilli cinayət cəhdləri artmağa meylli olur. Bu baxımdan son əməliyyatlar göstərir ki, Azərbaycan sərhəd təhlükəsizliyi sistemində preventiv yanaşmanı qoruyub saxlayır. Əsas məqsəd narkotikin ölkə daxilinə daxil olmasına imkan vermədən onu sərhəd xəttində zərərsizləşdirməkdir. 78 kiloqramdan artıq narkotik vasitənin və minlərlə psixotrop həbin qanunsuz dövriyyədən çıxarılması təkcə böyük bir cinayət əməlini ifşa etmək deyil. Bu, minlərlə potensial istifadəçinin həmin maddələrə çıxışının qarşısının alınması, milyonlarla manatlıq kriminal gəlirin qarşısının kəsilməsi və Azərbaycan üzərindən fəaliyyət göstərmək istəyən transmilli narkotik şəbəkələrinə verilən ciddi mesajdır.

Bu yük hansı cinayətkar qrup tərəfindən göndərilib, Azərbaycanda onu kim qəbul etməli idi, son təyinat nöqtəsi ölkə daxilimi idi, yoxsa Avropaya uzanan tranzit marşrutunun bir hissəsi?

Söyüdlü sakinlərinin dediklərində həqiqət var - Arzu Nağıyev

Deputat, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin sədri Arzu Nağıyev Musavat.com-a deyib ki, Dövlət Sərhəd Xidmətinin Horadiz və Lənkəran istiqamətlərində keçirdiyi son əməliyyat nəticəsində İrandan Azərbaycana keçirilməyə cəhd göstərilən 78 kiloqram 250 qram narkotik vasitə və 1990 ədəd metadon həbinin aşkarlanması əslində ilin ümumi mənzərəsinin kiçik bir hissəsidir: “Rəsmi statistika göstərir ki, Azərbaycan təkcə son aylarda yüzlərlə kiloqram deyil, artıq tonlarla ölçülən narkotik axını ilə mübarizə aparır. Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2026-cı ilin yanvar-aprel aylarını əhatə edən hesabatı vəziyyətin nə qədər ciddi olduğunu açıq şəkildə nümayiş etdirir. Cəmi 4 ay ərzində 3061 narkotik cinayəti aşkarlanıb, onlardan 702-si satış, 2343-ü saxlama, 14-ü narkotik bitkilərinin becərilməsi ilə bağlı olub. “anunsuz dövriyyədən 3 ton 529 kiloqram 169 qram narkotik vasitə və psixotrop maddə çıxarılıb. Müsadirə olunan narkotiklərin bazar dəyəri 92 milyon 440 min manat qiymətləndirilib. Bu statistika göstərir ki, narkotik dövriyyəsi artıq tək-tək cinayətkarların deyil, böyük maliyyə imkanlarına malik transmilli cinayət şəbəkələrinin fəaliyyət sahəsinə çevrilib”.


İran istiqamətində dövlət sərhədi pozuldu, narkotik vasitələrin  keçirilməsinin qarşısı alındı - Oxu.az

Arzu Nağıyev deyib ki, ələ keçirilən 3,5 ton narkotikin 86,5 faizini - 3 ton 55 kiloqramını marixuana təşkil edib: “Bunun da 2 ton 450 kiloqramı xarici ölkə mənşəli, psixotrop tərkiblə zənginləşdirilmiş marixuana olub. 604 kiloqramı isə Azərbaycanın müxtəlif bölgələrində qanunsuz becərilib. Bu fakt göstərir ki, təhlükə artıq yalnız sərhəddən gələn narkotiklə məhdudlaşmır. Daxildə də istehsal cəhdləri artır və hüquq-mühafizə orqanları paralel olaraq həm sərhəddə, həm də ölkə daxilində əməliyyatlar aparırlar. Qaçaqmalçılıq əsasən İran istiqamətindən gəlir. Hesabatda xüsusi diqqət çəkən digər məqam isə qaçaqmalçılıq statistikasıdır. Yanvar-aprel aylarında narkotiklərin ölkəyə qanunsuz gətirilməsi ilə bağlı 62 fakt aşkarlanıb. Bu əməliyyatlar zamanı 869 kiloqram 645 qram narkotik vasitə sərhəddə tutulub. Bu rəqəmlər fonunda Dövlət Sərhəd Xidmətinin son açıqladığı 78 kiloqramlıq əməliyyat da həmin ümumi statistikanın davamı kimi qiymətləndirilməlidir. Azərbaycan coğrafi baxımdan Əfqanıstan–İran–Cənubi Qafqaz–Avropa narkotrafik marşrutunun üzərində yerləşir. Bu səbəbdən ölkənin cənub sərhədi cinayətkar qrupların daim diqqət mərkəzində qalır. Narkotik ticarəti heç vaxt tək adamın fəaliyyəti olmur. Rəsmi statistikaya görə, 70 cinayət mütəşəkkil qrup tərəfindən törədilib. Həmin əməliyyatlar zamanı 723 kiloqramdan çox narkotik vasitə müsadirə olunub. Bu isə onu göstərir ki, hüquq-mühafizə orqanları artıq ayrı-ayrı daşıyıcılarla deyil, bütöv logistika şəbəkələri ilə mübarizə aparırlar. Statistika göstərir ki, 2025-ci ilin eyni dövrü ilə müqayisədə aşkarlanan narkotik cinayətləri artıb. Qanunsuz dövriyyədən çıxarılan narkotiklərin həcmi 936 kiloqramdan çox yüksəlib, eyni zamanda məsuliyyətə cəlb olunan şəxslərin sayı da artım nümayiş etdirib. Bu artım ilk baxışdan mənfi tendensiya kimi görünsə də, digər tərəfdən hüquq-mühafizə orqanlarının əməliyyat imkanlarının genişləndiyini və daha böyük şəbəkələrin ifşa olunduğunu da göstərir. Dövlət Sərhəd Xidmətinin son əməliyyatı təkcə 78 kiloqram narkotik və 1990 metadon həbinin müsadirəsi ilə yekunlaşan lokal hadisə deyil. Bu ilin ötən ayları ərziində 3,5 tondan artıq narkotik vasitənin qanunsuz dövriyyədən çıxarılması, 92 milyon manatdan artıq kriminal dövriyyənin qarşısının alınması və 62 qaçaqmalçılıq faktının ifşa edilməsi göstərir ki, Azərbaycan regionda narkotik trafikinə qarşı ən sərt mübarizə aparan ölkələrdən biridir”.