📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"İran nə meydanı, nə də danışıqlar masasını tərk edib" - Pezeşkian

2026-06-08 18:52:28

İran heç bir təhdid qarşısında geri çəkilməyəcək.

APA-nın Tehran bürosunun xəbərinə görə, bu barədə İran Prezidenti Məsud Pezeşkian “X”-də bildirib.

Pezeşkian qeyd edib ki, milli təhlükəsizlik hökumətin prioritetidir.

O vurğulayıb ki, İran xalqının hüquqları qətiyyətlə müdafiə olunacaq.

İran Prezidentinin sözlərinə görə, ölkəsi nə meydanı, nə də danışıqlar masasını tərk edib.

Məsud Pezeşkian birlik və rasional yanaşma ilə “İranın bu sınaqdan da üzüağ çıxacağını” əlavə edib.